İstifadə şərtləri
Son yenilənmə: 20 avqust 2026
Bazarda heyvan və kənd təsərrüfatı məhsulları üçün elan platformasıdır. Tətbiqdən istifadə etməklə aşağıdakı şərtləri qəbul etmiş olursunuz.
1. Bazarda nədir və nə deyil
Bazarda alıcı ilə satıcını görüşdürən meydandır. Biz nə satıcıyıq, nə alıcı, nə də vasitəçi: alqı-satqı sizinlə qarşı tərəf arasında bağlanır, pul və mal birbaşa aranızda əl dəyişir. Heyvanın sağlamlığına, məhsulun keyfiyyətinə, qiymətin düzgünlüyünə və ya tərəfin sözünə əməl edəcəyinə Bazarda zəmanət vermir.
Ona görə də: heyvanı almazdan əvvəl özünüz görün, sənədini istəyin, lazım gələrsə baytara göstərin.
2. Hesab
Hesab yaratmaq üçün 18 yaşınız tamam olmalıdır. Verdiyiniz ad və əlaqə məlumatı doğru olmalıdır — saxta adla yerləşdirilən elan alıcı üçün risk deməkdir. Hesabınızdan edilən hər şeyə görə siz cavabdehsiniz.
3. Elanlara dair qaydalar
- Elan real, sizə məxsus və satışda olan mal barədə olmalıdır.
- Şəkil və video həmin malın özünə aid olmalıdır — internetdən götürülmüş şəkil qadağandır.
- Qiymət real qiymət olmalıdır; alıcını zəng etməyə məcbur etmək üçün qoyulan uydurma qiymət qadağandır.
- Eyni mal üçün təkrar elanlar yerləşdirmək qadağandır.
- Qanunla dövriyyəsi qadağan olunmuş heyvan, dərman, silah və oxşar mallar qadağandır.
- Xəstə heyvanı sağlam kimi təqdim etmək qadağandır.
- Başqasının şəxsi məlumatını (telefon, ünvan, sənəd) onun icazəsi olmadan yazmaq qadağandır.
4. Davranış
Söyüş, təhqir, hədə, saxtakarlıq və spam qadağandır. Bu qaydalar mesajlara, şərhlərə, story-lərə və canlı yayımlara da aiddir.
5. Moderasiya
Şikayət edilən məzmuna moderator baxır. Qaydaya zidd elan silinə və ya dərcdən çıxarıla bilər; qaydanı təkrar pozan hesab dayandırıla bilər. Hər moderator qərarı — kim, nə vaxt və hansı səbəblə — jurnalda saxlanılır, çünki qərarın izahı olmadan etiraza baxmaq mümkün deyil.
6. Ödənişli xidmətlər
Elanın irəli çəkilməsi, seçilmiş elan və reklam kampaniyaları ödənişlidir. Qiymətlər tətbiqdə göstərilir. Ödənilmiş və artıq göstərilmiş xidmətin haqqı geri qaytarılmır; xidmət bizim səbəbimizdən göstərilməyibsə, qaytarılır.
7. Sizin məzmununuz
Yerləşdirdiyiniz şəkil, video və mətn sizə məxsusdur. Onları tətbiqdə göstərmək, axtarışda tapdırmaq və paylaşılan linkin önizləməsində istifadə etmək üçün bizə icazə verirsiniz. Elanı sildiyiniz an bu icazə də bitir.
8. Xidmətin dayandırılması
Hesabınızı istənilən vaxt silə bilərsiniz. Biz isə bu şərtləri kobud və ya təkrar pozan hesabı dayandıra bilərik — bu halda səbəb bildirilir.
9. Məsuliyyət
Bazarda platformanın işləməsinə görə cavabdehdir, tərəflərin bir-birinə verdiyi sözə görə yox. Alqı-satqıdan yaranan mübahisə tərəflər arasında həll olunur; moderasiya qərarları yalnız platformadakı məzmuna aiddir.
10. Dəyişikliklər və əlaqə
Şərtlər dəyişdikdə bu səhifədəki tarix yenilənir. Sual və müraciət üçün: info@bazarda.az
